18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Özlərini "yaxşı oğlan" kimi göstərmək istəyirlər" — Deputatdan Mənsimova SƏRT REAKSİYA
Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı İlham Məmmədov Türkiyədə yaşayan iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Məsimovun SOCAR şirkəti və onun rəhbərliyi haqqında səsləndirdiyi ittihamlara cavab verib.
Emtv.az xəbər verir ki,deputat yerli mətbuata açıqlamasında Mübariz Mənsimovu sözügedən fikirlərinə görə qınayıb:
"SOCAR Azərbaycan dövlətinə məxsus olan şirkətdir. Onun fəaliyyəti isə dövlətimizin və xalqımızın mənafeyinə uyğundur. Azərbaycan müstəqillik qazandıqdan sonra bu şirkət Azərbaycanın sosial-iqtisadi həyatında böyük rola malik olub. Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olandan sonra SOCAR dünyanın nüfuzlu şirkətləri ilə rəqabət şəraitində əhəmiyyətli yer tutub. Bu gün də SOCAR şirkəti və onun rəhbərliyi sağlam və dünya standartlarına cavab verən fəaliyyəti ilə tanınır. Azərbaycanın iqtisadi inkişafında və müstəqil dövlət kimi dünyada tanıdılmasında SOCAR əhəmiyyətli rola malikdir. Eyni zamanda SOCAR Azərbaycanda minlərlə insana yüksək məvacibli iş yerləri yaradıb. Bu, gələcəkdə də davam edəcək. Şübhəsiz ki, bütün bunlar cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub. Bu qədər görülən işlərə indi kimlərinsə kölgə salmaq cəhdləri başa düşülən deyil. Biz Azərbaycan dövlətinə qarşı olan bu cür hərəkətləri qətiyyətlə qınayırıq, həmin şəxsləri bu cür əməllərdən vaz keçməyə çağırırıq. Əgər xaricdən Azərbaycan şirkətinə və məmurlarına qarşı hər hansı xoşagəlməz addımlar atılırsa, bu yolverilməzdir. Biz bunu pisləməliyik. Çünki SOCAR-a qarşı aparılan qarayaxma kampaniyası "erməni dəyirmanına su tökmək" kimi bir işdir".
İlham Məmmədov iş adamı Mübariz Mənsimovun bu cür çıxışlarını Azərbaycan dövlətinin imicinə ləkə vurmaq cəhdləri kimi qiymətləndirib:
"Bu gün bəzi adamların qulaqlarına səs gəlib, xaricdə oturub bir imic qazanmaq üçün "mən də varam" prinsipi ilə hərəkət etməyə çalışırlar. Onlar özlərini xalqın təssübkeşi, "yaxşı oğlan" kimi göstərmək istəyirlər. Özlərini guya xalqın problemlərinə ürəyi yanan kimi təqdim edirlər. Biz bu cür halları sosial şəbəkələrdə "qəhrəmanlıq" edənlərin timsalında çox görürük. Mübariz Mənsimov Azərbaycanın hesabına böyük iş adamına çevrilib. O, Azərbaycanda hörmət qazanıb, biznesini burada qurub, genişləndirib. O, hara getsə, bu dövləti təmsil etməlidir, azərbaycanlı olduğunu unutmamalıdır. Yəni, kimin bu gün "qəhrəman" obrazı yaratmaq tendensiyası artıq geridə qalıb. Bu gün müstəqil Azərbaycan dövləti var. Ona görə də şəxsi maraqları dövlət maraqlarına qurban vermək olmaz. Ümummilli dövlət mənafeyi var. Bu nöqteyi-nəzərdən çıxış etmək lazımdır".
Daha sonra demokrat.az onu da qeyd edib ki,Deputat Mübariz Mənsimovla hər hansı münasibətinin olmadığını da söyləyib:
"Mən heç zaman onunla təmasda olmamışam. Türkiyəyə dövlət xətti ilə səfərlər edəndə də onunla münasibətim olmur. Bunu arzu etməmişəm də!".
Sevinc Əlimova
Emtv.az