SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Kanadada “Qarabağ” klubu yaradıldı

15-04-2019, 16:54 | Oxunub: 11 999 |

Kanadada “Qarabağ” klubu yaradıldı

Kanadanın Torondo şəhərində bir qrup azərbaycanlı gənc "Qarabağ" adlı futbol klubu yaradıb.

Emtv.az yerli mətbuata istinadla xəbər verir ki, klub 2018-ci ildə təsis olunub və ilk olaraq futbol komandasına 20 nəfər azərbaycanlı daxil olub.

"Bu gün dünyanın dörd bir yanında azərbaycanlılar yaşayır və onların uğurlarının şahidi oluruq. Məsafəcə ölkəmizdən çox uzaq olan Kanadada, o cümlədən Torontoda məskunlaşan soydaşlarımız, buradakı Azərbaycan cəmiyyətinin üzvləri vaxtaşırı maraqlı tədbirlər təşkil edir, yaşadıqları cəmiyyətə inteqrasiya olmaq üçün yerli təşkilatlarla da sıx əlaqələr qururlar.

Kanadada yaradılan "Qarabağ" futbol klubunun fəaliyyəti də məhz o baxımdan əhəmiyyətlidir ki, futbol idman olsa da, həm də ideoloji oyundur. Məhz bu yolla xaricdəki soydaşlarımız bir-birinə daha da yaxınlaşa, bağlarını sarsılmaz edə və Azərbaycanı tanıda bilərlər" - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, futbol klubunu yaradan gənclər Kanadanın Vaterloo Universitetində təhsil alanda da "Qarabağ" adı altında futbol komandası yaradıb və həvəskar kimi çıxışlar ediblər.

Artıq yeni yaradılan "Qarabağ" 3 mindən çox üzvü olan "Toronto Soccer Connection" təşkilatının tərkibindəki liqaya qoşulub.

Klubun yaradıcıları ad üzərində düşünəndə, Azərbaycanın ən uğurlu klublarından biri olan "Qarabağ"ın adını öz klublarına da verməyə qərar verib və bunu ən doğru seçim hesab ediblər.

"Qarabağ" futbol klubu artıq Torontoda tanınır və indi komandaya Azərbaycan, Türkiyə, Fransa, İrlandiya, Albaniya, Yaponiya və başqa ölkələrdən gələn gənclər də daxildir.

"Klubun təmsilçiləri bildirirlər ki, "Qarabağ" futbol klubu təkcə ölkəni və milləti tanıtmaq üçün deyil, həm də icma daxilində qardaşlıq və əməkdaşlıq üçün bir vasitə rolunu oynayır. Artıq bu təşəbbüsümüz bizi Torontodakı başqa həmyerlilərimiz və futbolsevərlərlə birləşdirib. Bunun davamı olaraq biz yeni və fərqli təşəbbüslərlə də çıxış edəcəyik. Ümid edirik ki, hər bir addım bizim birliyimiz üçün dəstək rolunu oynayacaq" - deyə məlumatda qeyd olunur.


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR