18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda azyaşlı qızı kimsəsiz yerə aparıb zorlayan iki dostun MƏHKƏMƏSİ
Paytaxtda azyaşlıya qarşı seksual xaraktereli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən şəxlsərin məhkəmə prosesi davam edir.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, təqsirləndirilən Vidadi Əsədov və dostu Məhyəddin Fətullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə aprel ayının 17-də keçiriləcək.
Qeyd edək ki, təqsirləndirilən Vidadi Əsədov dostu Məhyəddin Fətullayev ilə birlikdə Samirə Məmmədovaya (ad və soyad şərti verilib - red.) təcavüz ediblər.
İki dost Samirə Məmmədovanı aldadaraq kimsəsiz bir əraziyə gətiriblər. Orada həmin şəxslər Samirə Məmmədovaya zorakılıq ediblər, onunla zorla cinsi əlaqədə olublar.
Daha sonra Vidadi Əsədov və Məhyəddin Fətullayev Samirəni seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur ediblər.
Samirə bu tələbi yerinə yetirmədiyi halda döyülüb və zorlanıb.
Samirə Məmmədova hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra hər iki şəxs həbs edilib.
İstintaq orqanı tərəfindən Vidadi Əsədov və Məhyəddin Fətullayevin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) maddəsi ilə ittiham elan edilib.
Seymur Rəhimov
Emtv.az