17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mərdəkandakı uşaq evi ilə bağlı şok ittiham - Nazirlik hərəkətə keçdi
Kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, 2017 ildə 2 həftə sözügedən məktəbdə dərs keçən gənc müəllim müşahidələrini ictimaiyyətlə bölüşüb. Bildirib ki, məktəbdə uşaqların yaşadığı problemlər, onun qarşılaşdığı qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə şifahi və yazılı müraciət etsə də, ondan maddi sübut (video və ya səs yazısı) istənilib.
L. Ucalın yazısından bəzi qeydləri təqdim edirik:
"Məktəbdə müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.
Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı. Buna etiraz etdiyim zaman müavin mənə dedi ki, uşaqlar vəhşidir, kitabları versələr, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.
Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda.
Bunun nəticəsidir ki, məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib.
Məktəbin psixoloqu direktorun sürücüsü idi. O, tez-tez uşaqları heç bir əsas olmadan dərsdən çıxarıb fiziki iş görməyə aparırdı.
Uşaqlara gələn keyfiyyətli qidalar satışa çıxarılır, elə onları da uşaqlar daşıyırdı.
5 saat dərsimin hər saatı bir günə salınmışdı, Mənə bildirildi ki, hər ay direktor müavininə 50 manat versəm, dərsim 2 günə salınar. Bütün bu rahatlıq direktorun icra başçısı ilə çox yaxın olmasından gəlirmiş.
İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu".
Hazırda yerli mətbuat-ın əməkdaşları ittihamlara cavab tapmaq üçün 2 saylı internat məktəbinə baş çəkib. Təhsil Nazirliyinin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov da sözügedən məktəbdədir.
H. Kərimov qeyd edib ki, məsələ ilə bağlı komissiya yaradılıb: "Araşdırma başlanılıb. Nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".
Aysu Əliyeva
Emtv.az