SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanlı güləşçi erməniyə rəqib oldu

12-04-2019, 16:31 | Oxunub: 13 870 |

Azərbaycanlı güləşçi erməniyə rəqib oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib.

Bu gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizə aparır.

Dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) ilk görüşündə Sebastyan Kolomparı (Serbiya) cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib – 9:0. O, 1/4 finalda Nuqzar Surtsumianı (Gürcüstan) da eyni hesabla yenərək yarımfinala vəsiqə qazanıb.

Taleh Məmmədov (-63 kq) təsnifat mərhələsində Donior İslamovdan (Moldova) güclü olub – 8:3. 1/4 finalda Mihay Mihutu (Rumıniya) məğlub edərək yarımfinala adlayıb – 8:7.

İslam Abbasov (-87 kq) startda çətinliklə də olsa, Denis Kudlaya (Almaniya) qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisi David Çakvetadzeni də məyus edərək (2:1) 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi erməni güləşçisi Maksim Manukyan olacaq.

Qeyd edək ki, bu gün qadın güləşçilərimizin də üç medal qazanmaq şansı var. Elis Manolova (-65 kq) qızıl, Tatyana Omelçenko (-62 kq) və Alyona Kolesnik (-57 kq) bürünc medal qazana bilər.

Aynurə Kərimli
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR