SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Gədəbəydə iyrənc hadisə - 44 yaşlı kişi 6 yaşlı qızı zorlayıb - TƏFƏRRÜAT

11-04-2019, 16:35 | Oxunub: 18 196 |

Gədəbəydə iyrənc hadisə - 44 yaşlı kişi 6 yaşlı qızı zorlayıb - TƏFƏRRÜAT

Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinən Mehdi Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Mehdi Əsədov 2015-ci il mayın 22-də yaşadığı Lökbatan qəsəbəsindən Gədəbəy rayonunda yaşayan qayınatasının evinə qonaq gedib. O, həmin gün saat 16 radələrində qayınatasının həyətində olan zaman qonşuluqda yaşayan, 2009-cu il təvəllüdlü Afaq Məlikovanı görüb.

Mehdi Afaqa qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətinə düşüb. O, azyaşlı qızı aldadaraq qayınatasının evinin zirzəmisinə aparıb.

Mehdi azyaşlı qızı zirzəmiyə salıb, qapını örtüb.

Bundan sonra Mehdi qızla "oral" cinsi əlaqədə olmasını istəyib. Qız bu çirkin istəyə də rədd cavabı verib. Belədə azğın kişi azyaşlını qorxudub və onu məcbur edib. Qızın zorla getmək istəyinin də qarşısını alıb və ona qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib.

Bundan başqa, Mehdi növbəti dəfə iyunun 1-də onunla cinsi əlaqədə olub.

Afaq həmin gün saat 12 radələrində Mehdinin qayınatasının evinin həyətindən uşaq arabasını aparmağa gəlib.

Mehdi qızı görüb və yenidən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətinə düşüb. O, bu məqsədilə qızı evin ikinci mərtəbəsində yerləşən dəhlizə gətirib.

Stulda oturan qıza qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb. Sonra Mehdi qızla cinsi əlaqədə olub. Ağır durumda, ağlaya-ağlaya evə gələn qızı valideynləri görəndə şoka düşüblər.

Afaq baş verənləri valideynlərinə danışıb. Onun valideynləri olayla bağlı polisə müraciət ediblər. Mehdi həbs olunub.

İstintaq orqanı tərəfindən Mehdi Əsədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mehdi Əsədov 9 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Mehdi Əsədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Mehdi Əsədov da məhkəmədə günahsız olduğunu, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmədiyini bildirərək barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi üçün apellyasiya şikayəti verib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunub və Mehdi Əsədovun cəzası 11 il 11 ay 27 günə qədər artırılıb.

Mehdi Əsədovun apelyasiya şikayəti isə təmin olunmayıb.

Bu qərardan narazı qalan Mehdi Əsədov Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR