18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Elinanın anası: "Görüntülərdəki mənim qızım deyil" - MÜSAHİBƏ
İntihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın görüntüləri olduğu iddia edilən xoşagəlməz videogörüntü və fotolar yerli mətbuatda öz əksini tapmaqdadır.
Emtv.az bildirir ki, bununla bağlı mərhum yeniyetmənin anası Sevil Hacıyeva yerli mətbuata müsahibə verib.
- Sevil xanım, sosial şəbəkə və yerli mətbuatda qızınızın olduğu deyilən videogörüntülər və fotolar haqda nə deyə bilərsiz?
- Videolarda və fotolarda olan qız mənim Elinam deyil. Mənim qızım çox tərbiyəli olub. O, heç vaxt siqaret çəkməyib, hətta yaxınına da buraxmayıb. Qızım çölə çıxmaq, rəfiqələri ilə harasa getmək istəyəndə məndən, nənəsindən, hətta atasından da həmişə icazə alıb.
- Bəs görüntülərdə Elina olduğu iddia edilən qız, əslində, kimdir?
- O qızlar Ramilə və Dianadır. Qızım olduğu deyilən məhz Ramilədir, yəni siqaret çəkən qız. Diana isə mənim qohumumdur. Şəkillərə diqqətlə baxıb, qızımın görüntüləri ilə tutuşdursalar, görəcəklər ki, fərqli-fərqli qızlardır. O görüntülərin qızımla heç bir əlaqəsi yoxdur!
- Sizcə, bu görüntülər niyə yayılıb?
- Başa düşmürəm ki, bunu niyə ediblər. Məqsədləri nədir? Mənim qızım haqq dünyasındadır. Ölmüş bir qız uşağını bu şəkildə ləkələmək nə qədər insanlıqdandır? Bu, onu edənlər üçün böyük rəzalətdir! Ayıb olsun! Allaha həvalə etmişəm!
- Sağlığında qızınızın xəbəri vardımı o görüntülərdən?
- Bəli, Elina mənə demişdi ki, Diana yaxşı olmayan hərəkətlər edir. Hətta Elina özü dəfələrlə o cür hərəkətlərinə görə Dianaya irad tutmuşdu.
Aysu Əliyeva
Emtv.az