17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Prezident və Birinci vitse-prezident dövlət qurumlarına şagirdin intiharının ciddi şəkildə araşdırılması ilə bağlı tapşırıqlar verib
"Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı məsələ Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bu məsələnin ciddi araşdırılması üçün xüsusi tapşırıqlar verilib".
Emtv.az yerli mətbuata istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
H.Hüseynova bildirib ki, bu cür hallarda təkcə məktəb rəhbərliyi deyil, valideynlər də diqqətli olmalıdırlar:
"Necə olur ki, 8-ci sinfə qədər oxuyan şagird ailəsindən heç bir dəstək almayıb, heç kim onu başa düşməyib, dinləməyib. İndi heç kəsi təqsirləndirmək istəməzdim, bütün bunlar istintaq işi yekunlaşdıqdan sonra bilinəcək. Ölkə rəhbərinin və Mehriban xanımın xüsusi tapşırığı var ki, bu məsələ çox ciddi araşdırılsın".
Qeyd edək ki, Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəs iorta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı aprelin 6-da birgə məlumat yayıb.
Məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.
Nəzrin Abbaszadə
Emtv.az