SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

 DYP-nin yerində olmayan kadrı

11-04-2019, 10:55 | Oxunub: 8 782 |

 DYP-nin yerində olmayan kadrı

Emtv.az xəbər verir ki,Azərbaycanda rüşvətin dərin kök saldığı sahələrdən biri də Dövlət Yol Polisidir. Bunu hər bir sürücü, sərnişin ən azından praktiki olaraq öz həyat təcrübəsindən bilir. “Dörd təkər üstündə” hərəkət edən hər kəsə potensial qazanc mənbəyi kimi baxan DYP əməkdaşlarının əməlləri dəfələrlə ən üst səviyyədə tənqid olunsa da demək olar ki, heç bir tədbir görülməyib.

Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilmişdir.Buna baxmayaraq bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bu istiqamətdə ciddi tədbirlər görmürlər. Bu fakt danılmazdır və ölkə vətəndaşlarının hər biri bu faktı təsdiqləyə bilər.

Belə ki,sürücülərin qanunsuz cərimələnməsi, yük maşınlarının Dövlət Yol Polisinin postlarında yersiz incidilməsi, yazılan cərimələrin həddindən artıq alınması və sair. Bu faktlar artıq neçə illərdir ki, mövcuddur və yol polisində korrupsiya halları günü-gündən artmaqda davam edir.


Yol polisində cəmiyyətə bəlli olan daha bir rüşvət mənbəyi vətəndaşlara sürücülük vəsiqələrinin verilməsi prosesidir. Burada sürücülük vəsiqəsi verilmir, açıq şəkildə satılır. Bu sahəyə isə generalın xüsusi rəğbətini qazanmış Mübariz Sahbazov rəhbərlik edir.

Doğrudan da indi ölkəmizdə sürücülük vəsiqəsi almaq metro kartı almaqdan da asandır. Bunun üçün sənin təcrübən, yol hərəkəti nişanlarını tanıyıb-tanımaman əsas deyil, pulun varsa sürücü ola bilərsən. Daha çox MERO kimi tanınan İmtahan və Qeydiyyat Şöbələrinin açdığı “prava bazarı”nda satılan sürücülük vəsiqələrinə sahib olan təcrübəsiz, yol nişanlarını tanımayanlar təkcə özləri üçün deyil, həm də başqaları üçün təhlükə mənbəyidir. Mübariz Şahbazovun rəhbərliyi altında fəaliyyət göstərən MERO-lar əslində potensial “qəza laborotoriyası” rolunu oynayır.

Ümumiyyətlə Mübariz Şahbazov faktoru BDYPİ-də çox güclüdür və öz mövqelərini möhkəmləndirməkdə davam edir. Məlumdur ki, istənilən sürücülük kateqoriyasını almaq istəyən şəxs MERO-ya - yəni sürücülük vəsiqəsi vermək hüququna malik olan şöbəyə müraciət edib vəsiqə ala bilər. BDYPİ-də bu sahənin şəriksiz nəzarətçisi isə yenə də Mübariz Şahbazov hesab olunur. Sadə dildə desək, Azərbaycanda alınan hər “prava”da - sürücülük vəsiqəsində M.Şahbazovun “haqqı” var.

Ölkədə maşını yerindən tərpədə bilməyən, yol nişanlarını reklam lövhəciyi hesab edən, “qaz”la “tormoz”un yerini tanımayan şəxslərin necə sürücülük vəsiqəsi aldığını, bu səbəbdən də yollarımızda əsl soyqırım hallarının yaşandığını hər kəs bilir. Az qala sürücülük vəsiqəsini bazardan kartof-soğan almaq qədər sadələşdirən M. Şahbazov və tabeliyində olanlar bu yolla gəncliyimizi hansı uçuruma apardıqlarının fərqində deyillər. Təsadüfi deyil ki, el arasında daha bu sənədlər sürücülük vəsiqəsi yox, “ölüm kağızı” adlandırılır. Yeri gəlmişkən: “Bizə yalnız qəpik-quruş qalır” - deyən “MERO” yetkilisinin yəqin ki, daşı kimin bostanına atdığını da çoxunuz yaxşı bilirsiniz. Çünki sürücülük vəsiqəsi üçün alınan 1000 manatdan təxminən 40 manatı dövlət rüsumu, 900 manatı Mübariz Şahbazovun, 60 manatı da vasitəçilik edən əməkdaşa çatır. Gün ərzində isə ölkə üzrə yüzlərlə sürücülük vəsiqəsi və dövlət qeydiyyat nişanları verilir. Bu sayı alınan rüşvətlərə vursaq milyonlarla manat edir.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının, yəni nömrələrin verilməsinə Dövlət Yol Polisi İdarəsinin Şöbə rəisi Müşfiq Rəhimov rəhbərlik və Mübariz Şahbazov isə nəzarət edir. Qeyd edilən islahatların həyata keçirilməməsi də məhz adı çəkilən məmurların bu sahədən böyük gəlirlər əldə etmə səbəbindən həyata keçirilmir.

Daha sonra bizimdovr onu da qeyd edib ki,Biz dəfələrlə yazdığımız məqalələrlə əlaqədar Mübariz Şahbazovun mövqeyini öyrənməyə cəhd etsək də bu mümkün olmayıb. Hər dəfə onun ya nazirlikdə, ya da tədbirdə olduğunu deyirdilər. Hətta rəis müavininin rəsmi qəbul vaxtı olan həftənin 3-cü və 5-ci günləri də biz eyni sözləri eşitməli oluruq. Görəsən M.Şahbazov yerində heç oturmurmu? Bəs onun kurasiyasında olan sahələrdən şikayətçi düşən vətəndaşlar dərdlərini kimə desinlər?!

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR