18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Ay İşığında" verilişinin qalmaqallı buraxılışı artıq efirdə - VİDEO
Tanınmış kulturoloq ilə aparıcı öz aralarında -“Nəsimi” qalmaqalı yaşayıblar
Son illər ölkəmizdə fəaliyyət göstərən və verilişləri ilə dünyanın hər yerində yaşayan azərbaycanlılar tərəfindən maraqla qarşılanan, İnternet media qurumları – onlayn TV-lər arasında milli-mənəvi dəyərlərimizi qoruması, təbliği, tanıdılması istiqamətində ardıcıl iş aparan “EsmaMedia TV”-nin “Ay işığında” ədəbi-bədii proqramı fərqli quruluşda izləyicilərinin görüşünə gəlir.
Emtv.az xəbər verir ki, 10.04.2019-cu il tarixində "Azərbaycanın Səsi" İctimai Birliyinin baş sponsorluğu və Emtv.az saytının informasiya dəstəyi ilə hazırlanan "Ay işığında" verilişinin yeni formatda ilk buraxılışı Azərbaycan, Şərq və dünya ədəbiyyatının nəhənglərindən sayılan dahi şair-mütəfəkkir İ.Nəsiminin yaradıcılığına həsr olunub.
Məlum olduğu kimi, 2019-cu il Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Nəsimi İli” elan edilib.
Bununla əlaqədar dahi hürufi şairin yaradıcılığında həm respublikamızda, həm də dünyanın hər yerinda diqqət artmaqdadır.
“EsmaMedia TV” İntertet telekanalı da bu möhtəşəm hadisəyə öz rəngini qatmaq üçün studiyaya Yeni Yazarlar və Sənətçilər İB-nin sədri, Prezident təqaüdçüsü, tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbiliov, Azərbaycan Jurnalistlər Birliyinin və İraq-Türkmən Yazarlar Birliyinin üzvü, "Azərbaycan Bayrağı" mükafatçısı, şair İlham Qazaxlı (Qəhramanoğlu), respublikanın istedadlı gənc müğənnisi, "Azərbaycan Bayrağı" mükafatçısı Şahin Şirin oğlu İmaməliyev və "Azərbaycanın Səsi" İctimai Birliyinin üzvü, şairə Zübeydə Rzayeva dəvət olunmuşdu.
Efirdən əvvəl yazıçı-kulturoloq Aydın Xan Əbilov ilə aparıcı İlahə xanım Tahirqızı arasında söz dartışması, qalmaqal baş vermiş, qonaq studiyanı tərk etmək istəsə də, TV-nin və layihənin rəhbəri məşhədi Faiq Əhmədovun müdaxiləsindən sonra tərəflər arasında nisbi razılaşma baş tutmuş, amma bütün veriliş boyu fikir ayrılığı “Ay işığı”na xüsusi rəng qatmışdır.
Məlumat üçün bildirək ki, "EsmaMedia TV" İnternet kanalında yayımlanan verilişlərin baş redaktoru, layihə rəhbəri və baş rejissoru, tanınmış yazar Məşhədi Faiq Əhmədov, icraçı drektoru Almaz xanım Alıqızı və "Ay işığında" verilişinin aparıcısı isə İlahə xanım Tahirqızıdır.
Onu da qeyd edək ki, "EsmaMedia TV" İnternet kanalında yayımlanan "Ay işığında" verilişinin çəkilişləri hər həftənin 3-ci günü, saat-14-00-da telekanalın pavilyonunda baş tutur.
Hazırladı: Sevinc Əlimova
Fotolar Rasim Mirzəyevə məxsusdur.
Emtv.az