SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Beyləqanda məmur yeyintisi...

8-04-2019, 11:58 | Oxunub: 11 715 |

Beyləqanda məmur yeyintisi...

Emtv.az xəbər verir ki,“Azəravtoyol” Dövlət Agentliyinin nəzarəti altında tikilən Mingəçevir-Bəhrəmtəpə yolunun inşasını həyata keçirən “Polat Yol Yapı” türk şirkəti Beyləqan rayonunun Binnətli kəndində işini görüb qurtarandan sonra şirkətin fəaliyyətindən dərin problem miras qaldı

Şirkətin həndəvərdə yerin təkinin qanunsuz istismarı yolu ilə yol geyiminin tikintisində istifadə edilmək məqsədi ilə əldə etdiyi qırmadaşı, çınqıl və digər xammalın qazılıb çıxarıldığı yerdə böyük bir göl yaranmışdır.

Beyləqan Rayon İcra Hakimiyyəti və RİH-nin nəzdindəki Fövqəladə Hallar Komissiyası, eləcə də tikintiyə nəzarəti həyata keçirən “Azəravtoyol” Dövlət Agentliyi, Avtomobil yollarının istismara qəbulu üzrə Dövlət Qəbul Komissiyası şirkətdən işi (yolun müvafiq mərhələsini, buraxılış kompleksini) təhvil almamalıydılar və şirkətin gölü qurutmasına nail olmalıydılar.

Qurudulma işlərinə isə ən azı 150-200 min manat sərf olunmalıydı. Belə çıxır ki, türk şirkəti bu xərcə düşməmək üçün yerli inzibati resurslarla sövdələşib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri QAYDALARI”nın 3-cü maddəsinin 4-cü bəndinə əsasən, yolun torpaq yatağı tikilən zaman, əgər ətrafdakı torpaq sahəsində su yığılması və ya bataqlıq yaranması ehtimalı varsa, mövcud su axıdıcı qurğular bərpa edilməli və ya yeni qurğular tikilməlidir. Türk şirkəti bu işləri görməyib.

Yaranmış gölün qurudulmaması isə inşa olunmuş strateji əhəmiyyətli bu yolun yaxın gələcəkdə çökməsi təhlükəsini vəd edir. Türk şirkətinin Azərbaycan dövlətinə milyonlarla manat ziyan vurmaq təhlükəsi vəd edən səhlənkarlığına nəyinsə müqabilində göz yuman yerli işbaz ortaqları isə bu ayıbı örtmək və öz günahlarını yumaq üçün guya gölün elə əvvəllər də mövcud olduğu barədə saxta sənədləri dövriyyəyə buraxıblar, göldən isə indi dəbdə olan, qarşısında yaşıl işıq yandırılan və dövlət rəhbərliyinin alqışladığı sahibkarlıq fəaliyyəti növü sayılan balıqyetişdirmə təsərrüfatı qurulub.

Bildirilir ki, həmin saxta arayışlar Binnətli Bələdiyyəsinin sədrinin və Beyləqan RİH başçısının Binnətli inzibati ərazi vahidi üzrə nümayəndəsinin imza və möhürləri ilə təsdiqlənib. O vəzifəli şəxslərin isə “vur” deyənləri Beyləqan RİH başçısının fərasətli müavini Məhəmməd Qələndərovdur. Bir də deyilir ki, məlum “göydəndüşmə” balıqyetişdirmə təsərrüfatının faktiki sahibi Qida Sənayesi Dövlət Agentliyinin regional idarəsinin rəisi Bulud Aslanovdur.

Daha sonra realmedia.az onu da qeyd edib ki,məlumata görə, Beyləqanda balıq monopoliyası yaradan B.Aslanov sözügedən vətəgə təsərrüfatını yaxın qohumunun adına rəsmiləşdirib. Göründüyü kimi, əvvəllər də başqa korruptiv sövdələşmələrdə adı hallanan, KİV-də, eləcə də saytımızda tənqid olunan Məhəmməd Qələndərov yenə öz köhnə ampluasındadır. Zülmətdəki hansı daşı qaldırsan, hansı gölməçəyə, hətta Şrekin bataqlığına belə qırmaq atsan, altdan onun adı çıxır.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR