SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"İki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək"-Azərbaycan Prezidenti

5-04-2019, 17:12 | Oxunub: 13 922 |

"İki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək"-Azərbaycan Prezidenti

İki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək.

Emtv.az xəbər verir ki, bunu Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir. Bu siyasəti Ulu Öndər həyata keçirirdi. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk şəhərcik salınmışdı. O vaxt Dövlət Neft Fondundan ilk ödəmələr məhz bu məqsədlər üçün istifadə olunmuşdur. O vaxtdan bu günə qədər 100-dən çox köçkün qəsəbəsi, şəhərciyi salınıb və köçkünlərin böyük hissəsi bu qəsəbələrdə yaşayır. Biz Bakıda, Sumqayıtda, Abşeron rayonunda, digər şəhər və rayonlarımızda məcburi köçkünlər üçün gözəl şərait yaradırıq, bu proses davam etdiriləcək. Bildiyiniz kimi, sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. O vaxta qədər köçkünlərimizin böyük əksəriyyəti çadırlarda yaşayırdı. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilmişdir. Onlar bu mənzillərə köçürülürlər. Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu prosesə start verilib və əminəm ki, ilin sonuna qədər biz buna nail olacağıq".

Prezident vurğulayıb ki, təkcə iki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək: "Doğrudan da böyük işlərdir və orta hesabla bu mənzillərdə təqribən 50 minə yaxın insan yaşayacaq və öz məişət problemini həll edəcək. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Bildiyiniz kimi, Dövlət Neft Fondundan uzun illərdir ki, bu məqsədlər üçün vəsait ayrılır. Dövlət Neft Fondunun yaradılması da tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir və ilk növbədə, məcburi köçkünlərin problemləri həll olunur. Əgər bizim bu imkanımız olmasaydı, əlbəttə ki, köçkünlərə bu həcmdə kömək etmək mümkün olmazdı. Məhz uğurlu neft strategiyamızın hesabına formalaşmış Dövlət Neft Fondu bu məqsədlər üçün böyük vəsait ayırıb və bundan sonda da ayıracaqdır. Bu, bizim siyasətimizdir. Biz bütün məcburi köçkünlərin problemlərini həll etməliyik və edəcəyik.

Onu da bildirməliyəm ki, salınan qəsəbələr arasında elələri var ki, vaxtilə işğal olunmuş və işğaldan azad edilmiş torpaqlarda salınıb. O cümlədən Horadiz şəhəri, demək olar ki, yenidən qurulub və bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb, hansı ki, o ərazilər işğal altında idi. Cocuq Mərcanlıda 150 evdən ibarət gözəl qəsəbə salınıb, müasir infrastruktur, iş yerləri, kommunikasiyalar yaradılıb. Yəni, bu yerlərə həyat qayıdıb".


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR