18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Riqanın meri tutduğu vəzifədən azad edilib
Latviyanın paytaxtı Riqanın meri Nils Uşakov ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Yuris Puçe tərəfindən vəzifəsindən azad edilib. O, qanunun müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməməsi və normativ aktların pozulması maddəsi ilə vəzifədən uzaqlaşdırılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, qanun pozuntuları arasında daha çox səs-küyə səbəb olan “Rigas satiksme” nəqliyyat agentliyinin büdcəsindəki kəsirlər və maliyyə pozuntularıdır. Bunun bütün məsuliyyəti isə şəhər merinin üzərinə düşür.
Merin 30 gün ərzində məhkəmədə qərarı ləğv etdirmə hüququ var.
Xatırladaq ki, cari il yanvarın sonunda Korrupsiya ilə Mübarizə Bürosu Uşakovun iş yerində və evində də axtarışlar aparmışdı. O zaman mer haqqındakı bütün iddiaları rədd etmişdi. Latviya Milliyyət Partiyası onun istefasını tələb etsə də, Uşakov postunda qalmağa davam etmişdi.
Daha sonra araşdırmalarla yuxarıda adı çəkilən nazirlik məşğul olmağa başlayıb və martın 21-də nəticə ilə çıxış edib. Rəsmi aktda bildirilib ki, bir sıra qanun pozuntuları aşkarlanıb.
Latviya qanunlarına görə, ətraf mühitin mühafizəsi və regional inkişaf naziri meri işindən azad etmə və ya Riqa Dumasını buraxma səlahiyyətinə malikdir.
Nəzrin Abbaszadə
Emtv.az