18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib - FOTO
Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin nümayəndələri məktəbdə olaraq müxtəlif dərs ləvazimatları, o cümlədən məktəb üçün kompüter, printer, idman ləvazimatları və Fondun müxtəlif nəşrlərini təqdim ediblər.
Emtv.az xəbər verir ki, Fondun Mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə çıxış edərək 2005-ci ildə Pakistanda baş vermiş zəlzələdən sonra dağılan məktəbin binasının Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən inşa edildiyini və 2007-ci ildə istifadəyə verildiyini bildirib. Heydər Əliyev Fondunun Pakistanla əlaqələri daim diqqətdə saxladığını, Fondun prezidenti Mehriban Əliyevanın Pakistanla əməkdaşlığa və əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb. Bu baxımdan ötən müddət ərzində Müzəffərabad şəhərindəki məktəb daim diqqətdə saxlanılıb, mütəmadi olaraq Fond və səfirlik nümayəndələri məktəbə olublar.
Heydər Əliyev Fondunun fəaliyyəti, onun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif ölkələrdə, o cümlədən Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələr barədə məlumat verən səfir Müzəffərabad şəhərində 400 şagird yerlik Rara qızlar məktəbinin inşa edilməsinin bunun bir nümunəsi, həmçinin Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bir təzahürü olduğunu bildirib.
Rara qızlar məktəbinin direktoru xanım Şirin Kadri və Kəşmirin təhsil üzrə direktoru məktəbin çətin və ehtiyac duyulan bir zamanda Fond tərəfindən tikilib istifadəyə verildiyini və bu addımın yüksək qiymətləndirildiyini bildiriblər. Onlar təhsil üçün yaradılmış əlverişli şəraitə görə Azərbaycan dövlətinə, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür ediblər və şagirdlərin müxtəlif biliklərə yiyələnməsində, onların tədris, təlim və tərbiyəsində məktəbin önəmli rolunun olduğunu diqqətə çatdırıblar.
Rara qızlar məktəbinin şagirdləri həmçinin müxtəlif musiqili-mədəni səhnəciklər təqdim ediblər.
Seymur Rəhimov
Emtv.az