SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq"-Polkovnik-leytenant

4-04-2019, 13:17 | Oxunub: 7 807 |

"Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq"-Polkovnik-leytenant

Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq.

Emtv.az AZƏRTAC-a istinadən bildirir ki, bunu polkovnik-leytenant Eldəniz Sadıqov Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşündə deyib.

Görüşdə polkovnik-leytenant Eldəniz Sadıqov çıxış edərək deyib ki, 3 il bundan əvvəl baş vermiş Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə və bütün dünyaya öz gücünü sübut etdi:

"2016-cı ilin aprel ayında düşmənin kəşfiyyat və diversiya qruplarının hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən alındı. Düşmənin müdafiə xətti tez bir zamanda yarılaraq mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim güclü və nizami ordumuz var. Biz öz torpaqlarımızı geri qaytaracağıq. Azərbaycanın Ali Baş Komandanı ordumuza yüksək qayğı göstərir, hərbçilərin məişət şəraitinin yaxşılaşdırılmasına, müasir hərbi hissələrin tikilməsinə, zabitlərin yeni evlərlə təmin olunmasına böyük diqqət ayırır. "Aprel döyüşlərində mən və mənim silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və ya sağ qalacağıq. Biz o haqda heç düşünmürdük. Çünki inanırdıq ki, biz şəhid olsaq da, Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq".


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR