18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Türkiyə seçkiləri: Kimə və nəyə etiraz edilir?
Türkiyədə hakim partiya AKP bazar günü keçirilən bələdiyyə seçkilərinin nəticələrinə etiraz edib və səslərin yenidən sayılmasını istəyir.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,AKP qeyri-rəsmi nəticələrə görə seçkini uduzduğu İstanbul və Ankarada yararsız səslərin araşdırılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyini açıqlayıb.
AKP rəsmiləri iki şəhərdə "qanunsuzluqları müəyyən etdiyini" və bunları sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edəcəklərini deyib.
İqtidar partiyası sözügedən iki şəhərdə bütün ərazilər üzrə etiraz müraciəti etməyə hazırlaşır.
"Etibarsız səslər"
31186 seçki qutusundan qeyri-rəsmi məlumatlara görə Millet İttifaqının CHP-li İstanbul Büyükşehir Bələdiyyə sədrliyinə namizədi Ekrem İmamoğlu 4 milyon 170 min 116, Binali Yıldırım isə 4 milyon 145 min 708 səs toplayıb. Aradakı səs fərqi 24 min 408-dir.
300 mindən çox etibarsız səsin olduğunu deyən AKP etibarsız səslərin yenidən araşdırılmasını tələb edəcək.
Seçki günü seçki komissiyalarının sədrləri etiraz edilən və ya etiraza ehtiyac qalmadan etibarsız sayılan zərfləri bir kənara ayırır.
Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, ərazi seçki komissiyası bütün zərfləri yoxladıqdan sonra kənara qoyulan zərflərin etibarlı və ya etibarsız olduğuna səs çoxluğu ilə qərar verir.
Ərazilərdəki seçki komissiyaları son seçkilərdə rayonda ən çox səs toplayan beş partiyanın hər birindən bir nümayəndə olmaqla təşkil olunur.
"Seçkini uduzmamışıq"
AKP-nin Siirt regionunun sədri Fuat Özgür Çalapkulu mətbuat konfransında deyib ki, Siirtdə 12 bələdiyyə sədrliyindən 7-ni AKP namizədləri qazanıb.
Fuat Özgür Çalapkulu deyib ki, AKP-nin qərargahında qurulan nəticələrin izlənməsi sisteminə baxıldıqda, "bu nəticələrlə rayon seçki komissiyasına gedən nəticələr müqayisə edildikdə ortaya ciddi fərq ortaya çıxır. Müəyyən etdiyimiz hallar və protokolların müqayisəsindən sonra Siirt bələdiyyə sədrliyində rəqibimizlə aramızda mindən az səsin olduğu ortaya çıxır" deyib, Anadolu Ajansı bildirir.
Cənab Çalapkulu söyləyib ki, sistemlərinə əsasən, seçkinin nəticələrinə təsir edə biləcək 4 minə yaxın səs etibarsız sayılıb və əlavə edib ki, seçkinin nəticələri ilə əlaqəli məlumatları dəyərləndirərək etiraz prosesini başladıblar.
"Seçkini uduzmamışıq. Seçkini uduzub-uduzmadığımız rayon sekçi komissiyasına etirazımızın dəyərləndirilməsindən sonra bildiriləcək.
Denizlinin 3 regionu haqda etiraz
Denizlinin Babadağ rayonunda qeyri-rəsmi nəticələrə görə, CHP namizədi Ali Atlı AKP-li rəqibi Salim Demirezen-i 17 səs çoxluğu ilə qabaqlayıb.
Holaz rayonunda isə CHP namizədi Yüksel Kepenek AKP-li namizəddən 8 səs çox toplayıb.
Bu nəticələrdən sonra AKP rayon seçki komissiyasına müraciət edərək səslərin yenidən sayılmasını istəyib.
Ekrem İmamoğlu: "Büyükşehir Bələdiyyəsindən sənəd qaçıranlar, otaq toplayanlar haqda məlumat alırıq"
@bbcturkce tərəfindən edilən nömrəli Twitter paylaşımını ötürün
Qeyri-rəsmi nəticələrə görə, İstanbul Büyükşehir Bələdiyyə sədri seçilən CHP namizədi Ekrem İmamoğlu deyib ki, son iki gündür İstanbul Büyükşehir Bələdiyyəsində sənəd qaçıranlar və otaqlarını toplayanlar olduğuna dair məlumatlar alırlar, əgər sübutlar olarsa, bu məlumatları paylaşacaq və "İstanbullunun bir quruşu belə sorğulanacaq".
Ekrem İmamoğlu AKP-nin İstanbulun müxtəlif bölgələrinə asdırdığı afişalara etiraz etdi və nəticələrdən əmin olduqlarını bir daha təkrarladı.
Zolguldak regionunun Yenidoğanlar kəndində 20 ildir kənd icra nümayəndəsi (muhtar) Mehmet Akyol seçkidə uduzub.
İdarə binasından çıxmazdan əvvəl elektrik sayğacını, bəzi əşyaları, odun və kömürü apardığı iddia edilən Mehmet Akyol seçkidən bir həftə əvvəl qurduğu uşaq parkını da sökərək istifadəyə yararsız hala gətirib.
Seçkidə 79 səs toplayan Akyol 153 səs qazanan Rıdvan Onaya uduzub.
Kəndlilərin sözlərinə görə, nəticələrə hirslənən Akyol uşaq parkındakı yelləncəkləri mişarla söküb. Sökdüyü hissələri maşınına yükləməyə çalışarkən kəndlilərin etirazından sonra hadisə yerini tərk edib.
"Səs toplamaq üçün qurur, uduzanda sökür"
Yeni seçilən kənd nümayəndəsi deyib ki, Akyolun qurdurduğu uşaq parkı bələdiyyə tərəfindən maliyyələşdirilib.
Kəndli İzzet Çelik "Uduzanda mənə səs vermədiniz deyib sökür. Səs toplamaq üçün qurur, uduzanda sökür" deyib.
Mehmet Akyol isə uşaq parkının qurulduğu ərazinin sahibinin onu aidiyyatı quruma şikayət etdiyini deyib.
"Uşaq parkı barədə ifadəmi aldıqlarında parkı sökməli oldum. Məhkəmə bitəndən sonra yenidən quracaqdım. Seçkini uduzduğum üçün sökmədim. Uşaq parkını öz imkanlarımla aldım".
Akyol idarə binasından götürdüyü hər şeyin öz hesabına alındığını deyib.
Nəzrin Abbaszadə
Emtv.az