18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Deputat toxunulmazlığından məhrum edilir...
Venesuelanın ali məhkəməsi müxalifət lideri Xuan Quaydonun deputat toxunulmazlığının ləğv olunması ilə bağlı Konstitusiya Assambleyasında vəsatət qaldırıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, ali məhkəmə bu addımı müxalifət liderinin ölkədən çıxışına qoyulmuş qadağanı pozması ilə əsaslandırıb.
Öz növbəsində X.Quaydo bir daha Venesuelanın bütün sakinlərini küçələrə çıxıb bərbad vəziyyətdə olan su və elektrik təchizatı ilə bağlı kütləvi etiraz aksiyasında iştirak etməyə çağırıb.
Bundan əvvəl Venesuelanın ali məhkəməsi X.Quaydonun ölkəni tərk etməsinə qadağa qoyub. Buna baxmayaraq, qərara əhəmiyyət verməyən Quaydo Kolumbiya, Braziliya, Paraqvay, Argentina və Ekvadora səfərlər edib və sonra Venesuelaya geri dönüb.
Aynurə Kərimli
Emtv.az