17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yağ yemək sizin üçün faydalıdır yoxsa zərərli?
Sağlam qidalanmaq istəyənlərin bir çoxu yağın faydalı yoxsa zərərli olduğunu bilmək istəyirlər. Bu sualın cavabı isə, hələ indiyədək tam şəkildə açıqlanmamışdır. Bunun ən əsas səbəbi isə, kərə yağının tərkibində olan faydalı və zərərli maddələrin eyni miqdarda olmasıdır. Bu səbəbdən də, illərdir ki, mübahisə mövzusu olan kərə yağı nə çox rahatlıqla istifadə olunur, nə də ki, həddindən artıq qəbul edilir.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,16-20-ci əsrlər arası hər kəs tərəfindən qəbul edilən kərə yağı son illərdə o qədər də rəğbətlə qarşılanmır. 1911-ci ildə hər bir insan ən azı 23.6 qram kərə yağı qəbul edirdisə, indi həmin rəqəm 6.2 qramdan azdır. 100 il ərzində kərə yağının istifadəsinin bu qədər azaldılması həqiqətən də, çox qəribədir.
Kərə yağının tərkibində olan doymuş yağlar insanda bir çox problemlərə gətirib çıxarır. Həmin problemlərin başında isə, ürək-damar xəstəliklərinin yaranma riski durur. Lakin bu problemlərdən əlavə, kərə yağının faydaları olduqca çoxdur. Onun tərkibində olan bəzi maddələr immun sistemini və qaraciyəri qoruyur. Həmçinin, beyinə lazım olan xüsusi yağlar da məhz kərə yağının tərkibində tapılır.
Nəzrin Abbaszadə
Emtv.az