17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Videodakı çılpaq qızlardan biri açıqlama yaydı: "Artıq suallar verməyin, videodakı mənəm"
Qalmaqallı video ilə gündəmə gələn 3 çılpaq xanımdan biri açıqlama yayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında atdığı addımdan peşman olduğunu qeyd edib:
"Artıq suallar verməyin, videodakı mənəm. Bizi tutmayıblar. Özümüz Cahiddən şikayətçi olmuşuq. Videonun silinməsi barəsində polisə müraciət etmişik. Sağ olsunlar, köməklik göstərdilər. Video yaxın günlərdə bütün səhifələrdən silinəcək. Bir şeyi başa düşdüm ki, bu ölkədə hər kəs yıxılanı daşlamağa çalışır".
O, həmçinin "mənim haqqımda artıq yazanları şikayət edəcəyəm" deyə xəbərdarlıq da bildirib.
Qeyd edək ki, paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunan məclisdə iştirak edən 3 qadının mahnı oxuyan yerdə çılpaq görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ictimai qınağa tuş gələn görüntülər məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.
Aynurə Kərimli
Emtv.az