18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO
Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, görüşdə Gürcüstan-Azərbaycan münasibətlərinin indiki səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, ölkələr arasında iqtisadi, siyasi, mədəni və digər müstəvidə əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Gürcüstan parlamenti ilə Azərbaycan Milli Məclisi arasında da sıx əməkdaşlıq mövcuddur ki, bu da özünü hər iki ölkənin parlament üzvlərinin müxtəlif beynəlxalq tədbirlərdə regionla bağlı ortaq mövqedən çıxış etmələrində göstərir.
Görüşdə Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri üzərində də dayanılıb. Qeyd olunub ki, Gürcüstan prezidentinin hər iki ölkənin torpaqlarının işğalı faktını xüsusi qabartması, işğala son qoyulmasının vacibliyini vurğulaması son dərəcə vacib məqamdır.
Məlum olduğu kimi, 9 aprel tarixi Gürcüstanda dövlət müstəqilliyinin bərpası günü kimi qeyd olunur. 1989-cu il həmin tarixdə sovet qoşunları Tiflisdə gürcü xalqının azadlıq tələbi ilə keçirdiyi dinc mitinqi dağıtmış, nəticədə 21 nəfər həlak olmuşdu, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənmişdi. Bir ildən sonra yanvarın 20-də oxşar faciə sovet qoşunları tərəfindən Azərbaycanda da törədilmişdi. Görüşdə bu barədə müzakirə aparılıb.
Səfir Z.Pataradze bildirib ki, rəhbərlik etdiyi ali diplomatik missiya Gürcüstanın müstəqilliyinin bərpasının 30 illiyini geniş qeyd edəcək. Bununla bağlı görülən hazırlıq işlərinə nəzər salınıb, bir sıra məqamlar dəqiqləşdirilib.
Nəzrin Abbaszadə
Emtv.az