18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Diqlas”da “Şərurlu İsfəndiyar”ın da mağazaları yanıb - “O pul mənim üçün böyük deyil, arxasıyca düşmədim”
Martın 26-da Ticarət Mərkəzində yanğın zamanı "Şərurlu İsfəndiyar" ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun da mağazaları yanıb.
Emtv.az xəbər verir ki, İ.Axundov yerli mətbuata açıqlamasında bildirib ki, həmin TM-də oboy satışı ilə məşğul olan iki mağazası olub: "İcarəyə götürmüşdük, oboy satırdıq. İşçilərim nəzarət edirdi, heç özüm mağazaları görməmişdim. Yanğında bütün mallar yanıb, heç nə çıxara bilməyiblər. Nə qədər ziyan dəydiyini hesablamamışam. O pul mənim üçün böyük ölçüdə deyil, ona görə arxasıyca düşmədim, araşdırmadım da.
Digər mağaza sahibləri üçün çox ağırdır, bəziləri kredit götürüb, evini girov qoyub, nisyə mal alıb o işi görmüşdü. Amma mənim üçün çox da böyük itki deyil. Buna görə də dövlətdən heç bir istəyim, arzum yoxdur".
Qeyd edək ki, İ.Axundov son günlər Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus obyekti onların əlindən alması xəbəri ilə gündəmə gəlib. "Şərurlu İsfəndiyar" açıqlamasında qarşı tərəfin sənədinin saxta olduğunu və bu barədə məhkəmə qərarının elan edildiyini bildirmişdi.
Aysu Əliyeva
Emtv.az