18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Aydın Xırdalanlı barədə İNANILMAZ FAKTLAR - Gecə səhərə kimi məsciddə... - FOTO
Martın 23-ü 42 yaşında qaraciyər serrozundan dünyasını dəyişən mərhum meyxanaçı Aydın Xırdalanlı (Quliyev) ilə bağlı həmkarları, dostları "Hər şey daxil"də maraqlı açıqlamalar veriblər.
Emtv.az xəbər verir ki, mərhumun dostu olmuş Mehman Əhmədli Aydın barədə çoxlarının bilmədiyi faktları açıqlayıb.
Onun Aydının məsciddə azan verdiyi barədə açıqlaması verilişin aparıcısı Tarxi Əliyevi (Tolik) də məəttəl qoyub:
"Aydınla 1994-cü ildən bir yerdəyik. Düzdür, dostluğumuz hansısa rəqabət əsnasında yarandı. Sonra Aydınla, demək olar ki, hər gün telefonda danışırdıq. Heç onda mobil telefonumuz yox idi, ev telefonu ilə səhərə qədər danışırdıq. O, kitab oxuyurdu oradan, nəyisə müzakirə edirdik. Telefonda Füzulidən, Nizamidən oxuyurdu. Aydın savadlı oğlan idi. Həm də Aydın əvvəl imanlı uşaq idi. Hardasa məsciddə də işləyirdi. Səhərə qədər orada qalırdı, səhər azanını da verirdi, sonra gəlirdi evə. Aydın çox başqa uşaq idi. Çox ailəcanlı adam idi. Namiq, o, mən üçümüz bir yerdə toya gedirdik. Biz pulları dağıdırdıq, Aydın evə gedirdi. Çox ailəcanlı adam idi Aydın. Birgə çox uğurlarımız oldu. Ta ki Aydın gəldi çempion oldu. sonra Aydının toyları artdı, Aydının başına yığılanlar çoxaldı. Elə oldu ki, hər gün yanımıza gəlib- gedən adam artıq gəliş-gedişi azaltdı - "Vaxtım yoxdur, yatıram". Artıq ancaq telefon vasitəsi ilə danışırdıq və toylarda görüşürdük. Sonra elə oldu ki, başqa "kruq"a düşdü. Təzə dostları oldu. Amma son vaxtlar artıq görürdüm ki, o, xəstəlikdən əziyyət çəkir, arıqlayır, vəziyyəti pisləşir. Həci Qaçay dostumuz var, halbuki o, bizim bir neçə incəsənət nümayəndəmizi müalicə elətdirib. Aydını da aparmaq istəyirdi, o, nə isə getmədi. Dedi "Kimdi gedib, Rusiyada qalıb, müalicə olunan". Elə bil sağalmaq istəmirdi, sanki, küsmüşdü. Elə bir insanlar çıxmışdı ki, gedib, gəlmək, müalicə, bütün xərclərini öhdələrinə götürürdülər. 50 min olsa 50 min, 100 min olsa 100 min, nə qədər olsa bunun əziyyətin çəkəcəkdilər. Dedi "Yox, elə burada qalacam"".
Qeyd edək ki, mərhum meyxanaçı alkoqol və narkotik asılısı idi.
Aysu Əliyeva
Emtv.az