18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Diqlas”ın direktor müavini zərərçəkənlərin sayını AÇIQLADI
Martın 26-da "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində 381 zərərçəkən müəyyənləşib.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında "Dilqas" Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov son vəziyyətlə bağlı danışarkən bildirib.
A.Rəhimovun sözlərinə görə, sahibkarlara dəyən zərər yaradılmış Komissiya tərəfindən müəyyən olunacaq:
"Orada çalışan hər kəs bir-birini tanıyır və təxminən kimin hansı maliyyəyə sahib olması məlumdur. İdarəçilər də bu barədə məlumatlıdırlar. 3 manat aşağı, 5 manat yuxarı, hamısı dəqiqliklə müəyyənləşdiriləcək".
Direktor müavini ticarət mərkəzinin sökülərək yenidən tikilməsi məsələsinə də aydınlıq gətirib:
"Fövqəladə Hallar Nazirliyi yerində araşdırma aparacaq və onların rəyindən sonra binanın nə qədər dayanıqlı olması müəyyənləşəcək. Dayanıqlılıq normalara uyğundursa, təmir olunacaq. Yox, normalara uyğun olmayacaqsa, sökülərək, yenidən tikiləcək".
A.Rəhimov, həmçinin qeyd edib ki, sahibkarların müxtəlif ticarət mərkəzlərində yerləşdirilməsi üçün işlər gedir:
"Biz bunun üçün çalışırıq. Bildiyiniz kimi, ilkin olaraq sahibkarlara maddi dəstək olunmalıdır ki, onlar mal ala bilsinlər. Vəsait əldə edildikdən sonra onların müxtəlif yerlərdə yerləşdirilməsinə başlanacaq".
Direktor müavini vəsaitin zərərçəkənlərə ödənilməsi prosesinə Komissiyanın rəyindən sonra başlanacağını deyib.
Nəzrin Abbaszadə
Emtv.az