18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kəmaləddin Heydərovdan dəhşətli yanğınla bağlı AÇIQLAMA
Yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib. Əks halda, hadisənin qarşısını almaq çox çətin olardı. Çünki ticarət mərkəzinin binasının bayır hissəsi alkopon materiallarla üzlənib. Bunlar isə yanan maddələrdir.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 26-da səhər saatlarında Bakının Nizami rayonunda ticarət və digər təyinatlı obyektlərin olduğu ərazidə baş verən yanğınla əlaqədar jurnalistlərə müsahibəsində deyib.
K.Heydərov bildirib ki, yanğınsöndürənlər binanın içərisində xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər. Bayırdan isə yanğının söndürülməsinə maşınlar cəlb olunub. Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq məhdudlaşdırılır.
Sevinc Əlimova
Emtv.az