18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türkiyə üçün Suriya ilə bağlı tarixi fürsət
İndi Suriya ilə Türkiyənin münasibətləri yoluna qoymasının əsl vaxtıdır.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin ABŞ-dakı sabiq səfiri Faruk Loğoğlu ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı açıqlamasını şərh edərkən deyib. O, Trampın açıqlamasını "çox təhlükəli çıxış" adlandırıb:
"Trampın bu açıqlaması vəzifəyə gəldiyindən bu günə qədər ətrafa saçdığı dəhşətin və dünya nizamını pozmaq cəhdlərinin yeni bir halqasıdır. Çünki bu, BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsinə ziddir. Bu, bölgədə çox dəhşətli və yeni gərginliklərə səbəb olacaq.
Hazırda Suriya bəlkə də zəif vəziyyətdədir. Amma vəziyyət düzələndə İsrail də bu yöndə addım atdığı təqdirdə Suriya buna qarşılıq verəcək. Təbii ki, Suriya bu zaman yalnız olmayacaq, yanında başqa ölkələr də olacaq. Məsələn, İran, bəlkə də bəzi ərəb ölkələri".
Türkiyə Prezidenti və XİN başçılarının Suriyanın ərazi bütövlüyü ilə bağlı verdikləri açıqlamaları doğru hesab edən Loğoğlu bu məqamda ölkəsinin bəzi addımlar atmalı olduğunu bildirib:
"Suriyanın ərazi bütövlüyünü dəstəklədilər. Bu, tamamilə doğru və yerində bir qərardır. Suriyanın ərazi bütövlüyünü sözlə dəstəklədiyimiz kimi, Türkiyənin Dəməşq rəhbərliyi ilə yenidən münasibətlər quraraq bu sözün arxasında faktiki olaraq dayandığını göstərməsi lazımdır".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qolan yüksəkliklərində İsrailin suverenliyinin tanınması istiqamətində addımlar atmalı olduqlarını deyib.
Nəzrin Abbaszadə
Emtv.az