18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Üzeyirdən döyülməsi xəbərinə - AÇIQLAMA - YENİLƏNİB
09:52
Müğənni Üzeyir Mehdizadə Moskvada Rəqsanə İsmayılovanın restoranında köməkçisi ilə birlikdə döyülməsi xəbərinə açıqlama verib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, ifaçı hadisənin qısa mübahisə olduğunu bildirib.
O, yeni fotosunu paylaşaraq yazıb:
"Gördüyünüz kimi hər şey qaydasındadır. Qısa məlumat verim:sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub, o da dərhal yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içində də iki qardaş arasında söz-söhbət olur. Şairlə nə dava-dalaş? Bir şəkil də paylaşdım ki, rahat olasız".
Qeyd edək ki, Üzeyirin döyülməsi xəbərini Axşam.az saytı yaymışdı. Bildirilirdi ki, müğənni ilə köməkçisi Moskvada yaşayan azərbaycanlı iş adamları tərəfindən döyülüblər. Üzeyir yüngül xəsarətlər alsa da, köməkçisinin vəziyyəti yaxşı olmayıb.
09:51
Müğənni Üzeyir Mehdizadə Novruz Bayramı münasibətilə həmkarı Rəqsanə İsmayılovanın Moskvadakı restoranında konsert proqramı ilə çıxış edib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, konsertdən sonra ifaçı və köməkçisi döyülüb.
Onları döyən şəxslər isə Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılardır.
Qeyd edək ki, konsertdə Üzeyir yüngül zədə alsa da, köməkçisinin vəziyyəti ürəkaçan olmayıb.
Digər tərəfdən Üzeyirin, konsert baş tutan restoranın və məkanın sahibi Rəqsanə İsmayılovanın sosial media hesabında konsertdən görüntülər paylaşmaması da diqqət çəkib.
Seymur Rəhimov
Emtv.az