18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Erməni obmudsman azərbaycanlı əsirə baş çəkdi - Ailəsi ilə görüşə söz verdi - FOTO
Ermənistanın ombudsmanı Arman Tatoyan mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçən azərbaycanlı İbrahimov Elvin Arif oğlu ilə görüşüb.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, "Sputnik Ermənistan"ın məlumatına görə, insident zamanı erməni hərbçilərin açdığı atəş nəticəsində ayağından yaralanan E.İbrahimov hazırda xəstəxanada müalicəsini davam etdirir.
Görüşdə, həmçinin məsələ ilə bağlı araşdırmaları aparan müstəntiq, vəkil və tərcüməçi də iştirak edib. Görüş vaxtı E. İbrahimov ailə üzvləri ilə görüşmək və danışmaq istədiyini bildirib.
A.Tatoyan qeyd edib ki, E.İbrahimovun ailəsi ilə məktub, telefon və videozəng vasitəsilə əlaqə yaratmasına şərait yaradılacaq. Ombudsman, həmçinin onun ailəsi ilə Ermənistan ərazisində təhlükəsiz görüşünün də təşkil edilməsinə hazır olduqlarını qeyd edib.
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.
Nəzrin Abbaszadə
Emtv.az