SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakı ilə Dərbənd və Maqas şəhərləri arasında əməkdaşlıq memorandumu imzalanıb

18-03-2019, 13:04 | Oxunub: 11 454 |

Bakı ilə Dərbənd və Maqas şəhərləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Bakı Şəhər İcra Hakimiyyətində icra başçısı Eldar Əzizovla Rusiya Federasiyasının Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətlərinin görüşü keçirilib.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, görüşdə qonaqları salamlayan E.Əzizov Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

O qeyd edib ki, bu əlaqələrin qurulmasında Şimalı Qafqaz respublikalarının xüsusi rolu var: "Bu gün Azərbaycanla Dağıstan və İnquşetiya arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir".

Azərbaycanla Şimalı Qafqaz xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Dərbənd şəhər administrasiyasının başçısı Xizri Abakarov deyib ki, Dağıstanda Azərbaycanla münasibətlərə xüsusi önəm verilir.

Maqas şəhərinin meri Beslan Tseçoyev də Azərbaycanla İnquşetiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Görüş zamanı münasibətlərin genişlənməsində Bakı, Dərbənd və Maqas şəhərlərinin icra qurumlarının rolu xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bakı ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, görüşdən əvvəl nümayəndə heyətləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Nəzrin Abbaszadə
Emtv.az



OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR