18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azadlığa qovuşan vətəndaş: "Prezident İlham Əliyev mənə bir dünya sevinc bəxş etdi"
Prezident İlham Əliyev mənə bir dünya sevinc bəxş etdi.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunan 1975-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Ceyhun Məmmədov deyib.
O, qəsdən adam öldürməyə cəhddə təqsirləndirilərək 7 il 10 ay müddətinə azadlıqdan məhrum edildiyini bildirib:
"Cəzamın 4 il 6 ayını çəkmişdim, 3 il 4 ayı qalmışdı. Cənab Prezidentə minnətdaram ki, səhvimi bağışladı və məni azadlığa qovuşdurdu. Sevincimin həddi-hüdudu yoxdur. Bu mənə həm də bayram hədiyyəsi oldu. Bu bayramı ailəmlə qeyd etmək mənim üçün bir dünya sevinc deməkdir. Xalqıma, dövlətimə həmişə layiqli vətəndaş olacağam".
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.
Nəzrin Abbaszadə
Emtv.az