17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Tünzalə küsülü olduğu müğənnilərə: “Söz atdı”
Əməkdar artist Tünzalə Ağayeva yerli tele kanallardan birində qonağı olub.
Emtv.az yerli mətbuata istinadən xəbər ki, o, proqram zamanı Hüsniyə Məhərrəmovanın rubrikasında "Aygün Kazımova ya Faiq Ağayev" sualına "heç biri" deyə, cavab verərək, diqqət çəkib.
Sənətçi daha sonra Ranar Musayevin "Niyə sizi şou-biznesin "qaymaq"ları qəbul edə bilmir" sualını da cavablandırıb:
"Söz atmaq məndən uzaqdır. Başqa artist bunu özü üçün pr sayır. Bir dəfə dedim ki, sizin mənə qarşı aqressiv narahatlığınız bir daha mənim güclü olmağımı isbat edir. Siz məni həzm edə bilmirsiniz. Bu, bir kompleksdir. İçimdə paxıllıq yoxdur. Niyə uğurlu layihələrə sevinməyim? Həmişə məndən xaricdə Azərbaycanın estradası ilə bağlı soruşulanda fəxrlə adlar çəkirəm. Kimsə məni evində və çölündə həzm edə bilmirsə, bu, onun problemidir. Kiminsə bazarına girməmişəm ki, onlar məni qəbul etsin, ya yox. Mən təhsil almış, uğur qazanmış Tünzaləyəm. Buraya intriqalardan gəlib çıxmamışam. Paylaşılmayan nədir, mən də anlamıram. Tünzalə olaraq yerimdəyəm, bu yeri heç kim tuta bilməz, hər kəs də öz yerinə hörmət etsə, daha yaxşı olar".
Qeyd edək ki, Ağayeva xalq artistləri Aygün Kazımova, Faiq Ağayev və müğənni Nura Suri ilə küsülüdür.
Elnur Abbasov
Emtv.az