18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda binada yanğın: qadınla kişinin meyiti tapıldı - YENİLƏNİB
09:51
Bakıda yanğın nəticəsində iki nəfərin meyiti tapılıb.
Emtv.az istinadən xəbər verir ki, martın 16-sı gecə saat 3 radələrində Nizami rayonu, M.S.Ordubadi küçəsində yerləşən evdə yanğın nəticəsində qatı tüstüləmə baş verib. Mənzildən 1 kişi və 1 qadının meyiti tapılıb.
Qadının adının Raisa olduğu bəlli olsa da, kişinin şəxsiyyəti, hələ ki, müəyyən olunmayıb.
Rayon prokurorluq və polis orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, meyitlərin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar olunmayıb.
Meyitlərin ətraflı xarici və daxili müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub.
Nizami rayon prokurorluğunda araşdırma aparılır.
09:32
Bakıda binada yanğın olub.
Emtv.az Fövqəladə Hallar Nazirliyin-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sevinc Əlimova
Emtv.az