17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Mərdəkanda 4 küçə təmir edilib - FOTO
Xəzər rayonu Mərdəkan qəsəbəsinin 4 küçəsində - 28 may küçəsinin 300 metrlik 2-ci döngəsində, 600 metrlik Ziya Bünyadov, 320 metrlik Yesenin və 270 metrlik Qurban İsmayılov küçələrində təmir-bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, təmir-tikinti işləri hazırda digər 4 küçədə - 1360 metrlik Dəmiryolçular, 2435 metrlik Qılman İlkin,1700 metr uzunluğunda olan Baba Əliyev və 750 metr uzunluğa malik Pioner küçələrində aparılır.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Küçələr boyu yol yatağı profilə salınır, yol əsası tikilir və yeni asfalt-beton örtüyü döşənir.
Qeyd edək ki, sadalanan işlər əsasən qəsəbə və yaşayış məntəqələrində vətəndaşların ümumi istifadəsində olan və payız-qış mövsümündə gediş-gəlişdə çətinlik yaşanan torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Elnur Abbasov
Emtv.az