SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda qadını zorlamaqda təqsirləndirilən 2 avtobus sürücüsü ilə bağlı YENİ XƏBƏR

15-03-2019, 12:16 | Oxunub: 9 365 |

Bakıda qadını zorlamaqda təqsirləndirilən 2 avtobus sürücüsü ilə bağlı YENİ XƏBƏR

Bakıda qadını zorlamaqda təqsirli bilinən iki avtobus sürücüsündən biri Tacəddin Zeynalov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Emtv .az yerli mətbuata istinadən xəbər verir ki, cinayət məcəlləsinin zorlama maddəsi ilə məhkum olunan Tacəddin Zeynalovun məhkəmə iclası hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilib. Prosesdə kassasiya şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 30 yaşlı qadını zorlamaqda, qanunsuz həbs etməkdə, seksual xarakterli hərəkətə məcbur eləməkdə təqsirli bilinən Tacəddin Zeynalov 8 il, Camal Tağıyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrında 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb. 30 yaşlı Sahibə Məmmədova (ad və soyad şərti verilib) Nəsimi rayon Polis İdarəsinə təcavüzə məruz qalması ilə bağlı müraciət edib. Bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyevlə tanış olub. Bir neçə gün sonra isə Camal Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində 61 nömrəli avtobusun sürücüsü, 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov ona qarşı qeyri-etik hərəkətlər edib. Bu zaman Sahibə Məmmədova ona etirazını bildirib. Bundan sonra sürücülər Sahibəni zorlayıblar.

Tacəddin Zeynalov Cinayət Məcəlləsinin 145.2.4-cü (qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 149.2.4-cü (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə, 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 29.150.1-ci (seksual xarakterli hərəkət etməyə cəhd) maddələri ilə, Camal Tağıyev isə yalnız 149.2.4-cü maddəsi ilə ittiham edilib.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR