18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xalq artisti: “Faiq Ağayev müğənni deyil”
Xalq artisti Flora Kərimova "Hüseynova bacıları" verilişinin qonağı olub.
Emtv.azxəbər verir ki, proqram zamanı "Qızıl onluq" adlı yeni rubrika tərtib edilib.
Bu zaman müğənnilər gələn qonaqlar tərəfindən sıralanıb. Sıralama edilərkən xalq artisti Faiq Ağayevin adı çəkilib. Onun adının çəkilməsi Kərimovanı özündən çıxarıb.
"Ayıb deyil Faiq Ağayevi müğənnilərin arasına salırsınız? Bizim aramızda münasibət ola bilməz. Çünki mən sənətkaram və sənətkarı nəfəsindən tanıyıram. Faiq Ağayevdən əlimi götürdüm, "xalq artisti" adından başqa heç nə qalmadı. O, müğənni deyil. Bunu hər zaman deyəcəm. Aparsın məni məhkəməyə versin. İki dəfə verib, üçüncü dəfə də versin", - Kərimova bildirib.
Qeyd edək ki, məşhurlar arasında küsülülük illər öncə baş verib. Faiq Ağayev müsahibəsi zamanı Floranın onunla küsməsinə İlhamə Quliyeva ilə olan münasibətini səbəb gətirmişdi.
Nəzrin Abbaszadə
Emtv.az