SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bu qulaqlıqlar xərçəng riskini artırır

14-03-2019, 12:04 | Oxunub: 9 835 |

Bu qulaqlıqlar xərçəng riskini artırır

ABŞ-ın "Apple" korporasiyası 2018-ci ildə 29 milyon simsiz "AirPods" qulaqlıqları satıb. İndi məlum olur ki, bu texnika xərçəng riskini artırır.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat BMT və Dünya Səhiyyə Təşkilatına ünvanlanmış petisiyada yer alıb. 250-dən çox alimin imzaladığı müraciətdə deyilir ki, radiotezlikli radiasiya əsasında işləyən çoxsaylı simsiz qurğular, o cümlədən "Bluetooth", "Wi-Fi", müxtəlif cür mobil qurğular xərçəng riski baxımından çox təhlükəlidir, çünki onlar insanın qulaq kanalına taxılır və ora yüksək səviyyədə radiasiya ötürür.

Doğrudur, bu barədə yekdil fikir yoxdur, lakin radiotezlikli radiasiyanın heyvanlara təsirini öyrənən tədqiqatlar təsdiq edib ki, bu qurğular xərçəng törədə bilər. Lakin kanserogen sayılan radiasiya səviyyəsi bəzi hallarda tənzimləyici orqanların yol verdiyi maksimum həddən xeyli aşağı olub.

Xatırladaq ki, simsiz qulaqlıqlar smartfona zəif dalğaların ötürülməsi üçün elektromaqnit enerjisindən istifadə edən simsiz texnologiya - "Bluetooth" sistemi vasitəsilə qoşulur. "Bluetooth" zəif radiodalğalar əsasında işləyir. Lakin radiodalğaların aşkar riski bundan ibarətdir ki, onların səviyyəsi yüksək olanda yanıqlar törədir. Alimlər zəif radiodalğaların insan orqanizminə uzun müddət necə təsir göstərdiyini aydınlaşdırmağa çalışırlar.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR