17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
GDU rektoru ilə bağlı ilginc iddia... - Prezidentə müraciət olundu
"Hörmətli xanımlar və cənablar! - 11.03.2019 tarixində GDU rektoru Yusif Yusibov cənablarının rektor vəzifəsində işləməsinin 5 illiyi tamam oldu. Respublika Prezidenti 10 dekabr tarixində “Təhsil haqqında qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Həmin fərmana görə universitet rektorları 5 il müddətinə təyin olunurlar". Bunu yazan GDU-nun sabiq əməkdaşı Fikrət Hacıyev sözlərinə belə davam edir:
"Təbii ki , bu fərman yeni təyin olunan rektorlara aiddir. Ancaq bu 5 il ərzində Yusif Yusibov cənabları ən savadsız və trolluqla məşğul olan insanlara yüksək vəzifə verərək, GDU-da təhsili sıfır səviyyəsinə endirmişdir. Son imtahan sesiyasında minlərlə tələbənin imtahanlardan artıq rüşvət alınması üçün kəsilməsi də yenicə sakitləşən Gəncə regionunda əlavə gərginlik yaratmışdır.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,bununla yanaşı Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşı kimi məni 2012-ci ildə 52 və 29 sutkalıq aclıq aksiyalarından sonra yenə də aclıq aksiyasına başlamağıma səbəb olan rektor, aclıq aksiyamın 10-cu sutkası olmasına baxmayaraq, hələ də mənimlə maraqlanmayıb. Buna görə Respublika Prezidentindən xahiş olunur ki, müstəsna hal kimi qanunun geriyə təsirinin olmaması müddüasını Yusif Yusibov üçün unudub, rektorun vəzifəyə təyin olunmasının 5 illiyinin tamam olduğun nəzərə alıb, onu vəzifəsindən uzaqlaşdırsın.
Bundan başqa 5 ildən çox rektor işləyən alimləri də öz yerlərinə işlərini yoxlayıb, yenidən təyin etsinlər ki, onlar da bu fərmanın təsirinə hüquqi cəhətdən düşə bilsinlər.
Təhsilimizi məhv edən rüşvətxor rektorları vəzifədən uzaqlaşdırmağı Respublika Prezidentindən xahiş edirik".
İddia olunanlarla bağlı Emtv.az olaraq qarşı tərəfi dinləməyə hazırıq...
Nəzrin Abbaszadə
Emtv.az