17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Peşə məktəblərinin tədris qruplarında orta sıxlıq müəyyən edilib
Nazirlər Kabineti (NK) peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığı müəyyən edib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, "Peşə təhsili haqqında" qanunun tətbiqi ilə əlaqədar NK qərara alıb ki, bir sıra peşə istiqamətlərində ixtisas qrupları üzrə tədris qruplarında orta sıxlıq 10 nəfərdən az, 20 nəfərdən çox olmamaqla müəyyən edilməlidir.
Həmin ixtisaslar "Sənətşünaslıq, mədəniyyət və incəsənət", "030104 Memarlıq hissələrinin modelləşdirilməsi və yapılması", "030105 Dekorativ suvaq və yapma məmulatlarının bərpası", "030106 İnşaat işlərinin bərpası", "030107 Xalça və xalça məmulatlarının bərpası", "030108 Daş və ağac memarlıq abidələrinin bərpası", "030109 Musiqi alətlərinin bərpası", "030110 İnteryer və eksteryerin bədii tərtibatı", "030112 Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar", "030113 Ağac və parça üzərində naxış və rəssamlıq", "030119 Xalq bədii yaradıcılığı", "030207 Kino-video nümayişi", "030211 Fotoqraf işi", "030818 Tikiş istehsalatı", "030819 Modelçilik və dizayner"dir.
Tədris qruplarında təhsilalanların sayı 16 nəfərdən çox olduqda, laboratoriya və istehsalat təlimi dərslərində həmin qruplar 2 yarımqrupa bölünə bilər.
Nəzrin Abbaszadə
Emtv.az