SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ziyili aparmaq üsulları

13-03-2019, 22:18 | Oxunub: 9 412 |

Ziyili aparmaq üsulları

Ziyil dəridə HPV virusunun əmələ gətirdiyi xoşxassəli şişdir və dərinin bütün nahiyələrində əmələ gələ bilər, əvvəlcə nöqtə boyda olur və tədricən böyüyür. Ən çox 10-20 yaşarası təsadüf edilir və həmin yaşda olanların 10 faizində ziyil əmələ gəlir.

Virusun dərinin dərin təbəqələrinə keçməsi travmalar nəticəsində mümkün olur. Ona görə də ziyil əsasən təzyiqə məruz qalan və qaşınan yerlərdə çıxır. Həddindən artıq manikür və dırnaq yemək ziyilin əmələ gəlməsini asanlaşdırır. Ayaq ziyilləri əsasən hamam və hovuzda yoluxur.

Emtv.az xəbər verir ki, ziyilin aparılması üçün həkim və fitoterapevtlərin məsləhət gördüyü bir sıra üsulları xatırladır.

Böyük bir soğanın ortası oyularaq duz tökülür, duz əriyəndən sonra həmin mayedən götürülərək gündə bir neçə dəfə ziyilin üstünə sürtülür.

Yetişməmiş əncirdən çıxan süd ziyilin üzərinə sürtülür, cavan qoz ağacı yarpağı bişirilərək onun üzərinə bağlanır, yaxud gicitkən yarpağı balla qarışdırılaraq təpitmə qoyulur.

Əhəng sirkə ilə qarışdırılaraq ziyilə sürtülür və onu yandırıb aradan çıxarır.

Gündə 2-3 dəfə zəncirotu və kartof, gecə yatmazdan əvvəl dəmrovotu şirəsi sürtülür. Prosedur ziyil tam quruyub düşənə qədər davam etdirilir.

Yatmazdan əvvəl 4-5 gün yovşanın təzə dərilmiş yarpaqları və ya sürtgəcdən keçirilmiş soğanla təpitmə qoyulur.

Sulanmış ziyilə gündə 3-4 dəfə naşatır spirti və ya qıtıqotu ilə çay sodası bərabər nisbətdə isladılaraq təpitmə qoyulur.

Ziyil ayaq pəncəsinin altında olanda ləyəndə 5 litr isti suyun üzərinə 2 xörək qaşığı çay sodası tökülür, ayaqlar 10 dəqiqə suyun içində saxlanır. Məhlulun soyumaması üçün vaxtaşırı ləyənə qaynar su əlavə edilir. Sonra buynuzlaşmış ziyil dabandaşı ilə sürtülür. Daha sonra ziyilin üstünə 1 tikə təzə mal əti qoyulur, isladılmış kağız salfetlə bükülərək üstü sellofanla örtülür, açılmaması üçün yapışqanlı parça ilə bağlanır. Su ilə islanmaqdan qorunur və 3 gün sonra açılır. Gigiyenik qaydalara əməl etmək üçün antiseptik təsirə malik bitkilərlə vanna qəbul edilir.

Elnur Abbasov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR