18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanla oyundan öncə Xorvatiyada növbəti itki - O da zədəlilər karvanına qoşuldu
AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Xorvatiya millisi daha bir itkiylə üzləşib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Marko Pyatsa, Ante Rebiç, Şime Vrsalko, Yosip Pivariç və cəzalı Deyan Lovrenin ardından "damalılar" daha bir oyunçunun xidmətindən məhrub olub. Komandanın yarımmüdafiəçisi Marselo Brozoviç "İnter"in heyətində A Seriyasının 27-ci turunda SPAL-la qarşılaşmanın 42-ci dəqiqəsində zədələnib. Meydanı yarımçıq tərk edən futbolçunun bir neçə həftəlik sıradan çıxdığı ehtimal edilir.
Bundan əlavə, "İnter"in digər xorvatiyalısı İvan Perişiçin də durumu qeyri-müəyyəndir.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü martın 21-də keçiriləcək.
Nəzrin Abbaszadə
Emtv.az