SON DƏQİQƏ

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR

20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar

20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri ilə görüşüb - FOTO

11-03-2019, 15:46 | Oxunub: 8 431 |

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri ilə görüşüb - FOTO

Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 11-də Parisdə "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.

Emtv.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşild ilə görüşündən məmnun olduğunu dedi. Birinci vitse-prezident Mehriban Əliyeva bildirdi ki, XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə "Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti"ni təsis etmişdilər. "Azərbaycan - Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər", - deyən Mehriban Əliyeva bütün bunların Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olduğunu diqqətə çatdırdı. Bununla yanaşı, Rotşild qardaşlarının xeyriyyəçiliklə də məşğul olduqlarını və Bakıda çoxlu gözəl binalar tikdirdiklərini deyən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlığın ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da davam etdirildiyini bildirdi, Azərbaycan Mərkəzi Bankı ilə "Rothschild Global Financial Advisory" şirkəti arasında imzalanacaq strateji əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğuladı. Mehriban Əliyeva David dö Rotşildi ölkəmizə səfərə dəvət etdi.

"Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu dedi. "Ailəmizin Sizin ölkənizdəki fəaliyyəti barədə bilirik və hesab edirəm ki, onlar tarixdə iz qoyan fəaliyyət göstəriblər", - deyən David dö Rotşild Azərbaycana səfər dəvətini məmnunluqla qəbul etdi.

Görüşdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri ilə görüşüb - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri ilə görüşüb - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri ilə görüşüb - FOTO

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR