18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda avtomobil oğurlayan şəxs: "Bağışla, 1000 manat borcum var"
Bakıda avtomobil oğurluğu faktı qeydə alınıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, şəhər sakini Şahmar Məhərrəmov adlı şəxsin "Mercedes" markalı avtomobili oğurlanıb. Ş.Məhərrəmovun dediyinə görə, onun avtomobili icarəyə vermək istədiyi şəxs tərəfindən oğurlanıb. Bu şəxs isə hazırda Yasamal rayonunda qeydiyyatda olan Zeynalov Asiman Haqverdi oğludur:
"Ötən ayın 22-si Asiman Zeynalovla birlikdə notariat kontoruna avtomobilə etibarnamə almağa getmişdik. Mən sənədləşdirmə üçün növbəyə dayandım, o isə avtomobilin sazlığını yoxlamaq üçün maşında qaldı. Sənədləri alıb çölə çıxanda avtomobilin yerində olmadığını gördüm. Asimanın telefonuna zəng etdikdə o, mənə bildirdi ki, sələmlə pul götürüb və hazırda 1000 manat borcu var, maşını isə borcu olduğu adama verib".
Zərərçəkən avtomobil oğurlanan gün polisə müraciət edib. Əvvəl məsələyə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində baxılsa da, sonradan iş Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə göndərilib. 27-ci polis bölməsindən Trend-ə bildirdilər ki, hazırda məsələ araşdırılır.
Nəzrin Abbaszadə
Emtv.az