18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qan ləkəli yumurtanı yemək düzgündürmü?
Gündəlik qidamıza daxil olan məhsullardan biri də yumurtadır.
Emtv.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, yumurta ilə bağlı bəzən qəribə hadisələrlə də rastlaşırıq. Bu qəribəliklərdən biri də bəzən aldığımız yumurtanın sarısında, yaxud da elə qabığında qan ləkəsinin olmasıdır.
Maraqlıdır, A, D, E və B qrupu vitaminləri ilə zəngin olan yumurtada belə bir ləkənin olması nə dərəcədə normal və təhlükəsizdir?
Ekspertlərin sözlərinə görə, bəzən heyvanın qaraciyəri və yumurtalığında qan laxtasının olması belə bir ləkənin yaranmasına səbəb olur. Türkiyəli ekspertlər bildirirlər ki, bəzi hallarda isə heyvanların yaxşı qidalanmaması da bu cür ləkələrə səbəb olur.
Belə bir görüntü o qədər də xoş deyil və iştahanın yaranmasına kömək etmir. Amma bu, onun zərərli olması da demək deyil. Bir sözlə, yumurta köhnəlməyibsə, bu zaman insan səhhəti üçün heç bir təhlükə yaratmır.
Nəzrin Abbaszadə
Emtv.az