18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gürcüstanda qızılcaya yoluxma halları artıb
Gürcüstanda qızılca xəstəliyinə yoluxma halları artıb. Bu günədək ölkədə 2100 nəfərdən çox insan qızılcaya yoluxub, bir nəfər isə bu virusdan ölüb.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Paata İmnadze məlumat verib. O deyib ki, Gürcüstanda qızılca əleyhinə kifayət qədər peyvənd var və bu xəstəliyin qarşısını yalnız peyvəndlənmə yolu ilə almaq olar.
P.İmnadze ölkədə qrip virusu ilə bağlı hazırkı vəziyyətə də toxunub. Bildirib ki, ötən ilin dekabr ayı ilə müqayisədə qripə yoluxma halları 2,5 dəfə azalıb.
Onun sözlərinə görə, qrip virusunun yayılması aprel ayının ikinci yarısına qədər davam edəcək.
Nəzrin Abbaszadə
Emtv.az