SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Səbrim daşdı, ürəyim partlayır, başım şişdi, qanım qaraldı- Xəstəlik yaradan sözlər

6-03-2019, 15:05 | Oxunub: 8 586 |

Səbrim daşdı, ürəyim partlayır, başım şişdi, qanım qaraldı- Xəstəlik yaradan sözlər

Alman psixoterapevti Nossrat Pezeşkian ilk dəfə olaraq bədəndə xəstəlikləri proqramlaşdıran sözlər üzərində araşdıraraq,onları təyin edib. İnsanı daxildən parçalayan, xəstələndirən bu sözləri çoxumuz gündəlik səsləndiririk.

Həkim bu kimi sözləri parazit adlandıraraq, Orqanik nitqə aid olduğunu bildirib.
Orqanik nitq - insanın fizioloji orqanlarına birbaşa təsir edən söz və cümlələrdir. Hansı ki, bu sözlərin mənfi və dağıdıcı enerjisi vardır.

Elə sözlər var ki, maskalanıb, ilk baxışdan qorxulu da səslənmir.

Emtv.az yerli mətbuata istinadən həmin sözləri təqdim edir:

-Səbrim daşdı, ürəyim partlayır, başım şişdi
-Cana yığılmışam
-Havam çatışmır
-Suyumu sıxdılar
-Qanımı qaraltdılar
-Ürəyim bulandı
-Ürəyimə bıçaq saplanıb
-Boynumda oturublar
-Bezdirdilər


Bizə elə gəlir ki,biz keçirdiyimiz hissi, narazılığı belə metafora şəklində sadəcə ifadə edirik, əslində isə bədənimizə dəqiq komandalar vermiş oluruq. Bədən isə elə proqramlaşıb ki, sahibinin əmrini yerinə yetirməməyə ixtiyarı yoxdur.

Əgər siz xəstəsinizsə, müalicə alırsızsa, zəifsinizsə, bu sözlər xəstəliyinizi daha da möhkəmlədir, sağalmanıza imkan vermir, yeni-yeni xəstəliklər gətirir.

Diqqət yetirin, əgər bu fikirləri tez-tez işlədirsizsə, deməli sizdə bu xəstəliklər var və ya yaranacaq.

-Ürəyim bulandı, boğaza kimi doymuşam, ürəyim əsdi - Sinir anoreksiyası
-Problemlər boğaza kimidir, boynuma oturublar - Ostexondroz
-Həyatımı zəhərlədilər, özüm-özümə aid deyiləm, ölsəydim canım qurtarardı - Xərçəng
-İçim özümü yeyir, həzm edə bilmirəm ( kimisə, nəyisə) - Mədə-bağırsaq xorası
-Gücüm yoxdur, böyrəklərim daşdır, beynimə vurdu, ölümünə yorulmuşam - Uroloji xəstəliklər: böyrək, sidik kisəsi
-Qanımı içdilər, suyumu çıxardılar - Qan xəstəlikləri


-Ürəyim parçalandı, ürəyimdən vuruldum, hər şeyi ürəyimə salıram - Ürək xəstəlikləri, miokard, infarkt
-Baş sındırıram, başımı divara döyürəm, baş ağrısıdır - miqren, baş ağrısı
-Səbrim daşdı, partladı, istidir - Hipertoniya

-Sevinmirəm, hər şey acıdır, bu nə həyatdır, xoş gün yoxdur - qaraciyər, öd xəstəlikləri
-Gözüm görməsin, gözüm yoruldu, baxmağa qorxuram - Göz xəstəlikləri
-Eşitmək istəmirəm ( kimisə, nəyisə), Qulağım kardır, danışma, sus, səsin kəsilsin- qulaq problemləri
-Bədənim əsdi, sıxılıram, əsəbləşdirir, boğur, dözə bilmirəm - depressiya


Fərqi yoxdur, siz bunları kiməsə, nəyəsə, konkret əsəbləşdikdə deyirsiz, ola bilər, həmin hadisə vaxtı bu sözləri deməyə səbəbiniz var, amma istənilən halda, belə sözlərin aktiv olaraq, ayda 10 dəfədən artıq səslənməsi artıq xəstəliyinə start verilməsi deməkdir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR