17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BNA Xeyrəddin Qocanın qızı ilə bağlı faktı açıqladı - FOTO
Bakı Nəqliyyat Agentliyi Azərbaycan Yazıçılar Birliyinin üzvü, ölkənin İstanbuldakı keçmiş konsulu Xeyrəddin Qocanın quruma ünvanladığı təndiqlərlə bağlı açıqlama yayıb.
Emtv.az xəbər verir ki, BNA-nın açıqlamasında qeyd olunur ki, martın 4-də Xeyrəddin Qoca "Bakı Nəqliyyat Agentliyinin əməkdaşları pul yığmaq üçün şəhərdə at oynadırlar" kimi fikirlər yazaraq sosial şəbəkədə agentliyin ünvanına xoşagəlməz ifadələr işlədib. Agentlik bildirib ki, bunlar şər və böhtan xarakterli fikirlərdir.
BNA-nın açıqlamasını təqdim edirik:
"Əslində nə baş verib? Demək, Xeyrəddin müəllimin qızı idarə etdiyi dövlət qeydiyyat nişanı 90 VB 565 olan avtomobili Parlament prospektində, 20 nömrəli məktəbin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində qeyri-qanuni olaraq park edib. 10 dəqiqə 9 saniyədən sonra Qanunsuz Parklanmaya İntellektual Nəzarət Sisteminin kameraları vasitəsilə qayda pozuntusu qeydə alınıb və sürücü barəsində cərimə sanksiyası tətbiq edilib. Xeyrəddin müəllim isə qızının qayda pozuntusuna haqq qazandırmaq üçün başlayıb sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyinin ünvanına sərt və heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər bildirməyə.
Çox hörmətli Xeyrəddin müəllimin diqqətinə çatdırmaq istərdik ki, onun qızının və digər sürücülərin zəbt etdiyi dayanacaq məntəqəsi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı, avtobuslardan təhlükəsiz istifadəsi üçündür. Avtobus dayanacaq məntəqəsinin ərazisini zəbt etmək onlarla insanın tıxacda qalmasına səbəb olmaq, lüzumsuz yerə onlara əsəb və stres yaşatmaqdır".
Nəzrin Abbaszadə
Emtv.az