17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qusarda əcnəbi işçi ağır yaralandı
Qusarda turizm kompleksində xarici şirkət nümayəndəsi ağır yaralanıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, fevralın 28-də Şepelyov Nikita Mixayloviç "qara ciyərin cırılması" və "böyrəyin qan sızması" diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, 1997-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı, Avtsriyanın şirkətinin Azərbaycan nümayəndəliyində montajçı fəhlə işləyən Nikita Şepelyov fevralın 28-i səhər saatlarında Qusar rayonunda yerləşən turizm kompeksinin ərazisində inşa edilən lift bazasında kanat üçün dəmir materialdan düzəldilmiş yarım dairəvi formada şkif olan əraziyə daxil olarkən həmin şkifin onun üzərinə aşması nəticəsində xəsarət alıb. N.Şepelyov Qusar Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.
Daxil olmuş məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək foto şəkillər çəkilib, hadisə şahidlərinin izahatları alınıb. Məhkəmə-tibb, məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizaları təyin olunub.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
Nəzrin Abbaszadə
Emtv.az