18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qaradağda iki qardaşı güllələyərək öldürən şəxsə HÖKM OXUNDU
Bu gün Bakı Apellyasiya Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanov barəsində olan hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi apellyasiya şikayət üzrə məhkəmə iclası başa çatıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkən şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilib.
Belə ki, Z.Tərlanov barəsində olan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ömürlük cəza ilə əvəzlənib.
Qeyd edək ki, 2015-ci il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Z.Tərlanov aralarında yaranmış mübahisə zəminində özünəməxsus "Vinçester" markalı odlu silahdan Qaradağ rayonu, Sahil qəsəbəsinin girişində - yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş, həmin qəsəbə sakinləri - Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi Z.Tərlanovun cəzasını 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
Bu qərardan da zərərçəkmiş şəxsin hüquqi varisi şikayət verib. Ali Məhkəmə Z.Tərlanov barəsində hökmü yenidən apellyasiya stansiyasına qaytarıb.
Nəzrin Abbaszadə
Emtv.az