SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bayıldakı sürüşmə zonasında son vəziyyət: "Haqsız tələblər irəli sürürlər"

4-03-2019, 16:11 | Oxunub: 10 359 |

Bayıldakı sürüşmə zonasında son vəziyyət: "Haqsız tələblər irəli sürürlər"

Son günlərdə Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı bir sıra elektron və yazılı KİV-lərdə müxtəlif yazılar verilir, sakinlərin, yerli qurumların, xüsusən də burada öz maraqları olan bəzi insanların mülahizələri, məsələnin həlli yolları barədə təklifləri verilir.

Emtv.az xəbər verir ki,məsələ ilə bağlı Səbail RİH başçısınin 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov yerli mətbuata bildirib ki, Bayıl yamacında ötən il fevral ayında baş vermiş məlum sürüşmə hadisəsindən sonra Dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keşirilmişdir. "Ilk növbədə yarasız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib. Sürüşmə zonasında yerli və xarıcı mütəxəsislərin iştirakı ilə araşdırmalar aparılmış və hazırda bu işlər davam etdirilir.

Bildirmək istəyirəm ki, bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə də isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb.

Bu gün bu ərazidəki vəziyyət Dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır. NK-nin çıxaracaqı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək.

Sürüşmə zonasında yaşayanlar üçün kömpensasiyaların ödənilməsi və ya digər tədbirlərin görüləcəyi ilə bağlı məsələlər barədə mülahizə yürütmək düzgün deyil. Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğınin daha da şox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər.

Bununla bağlı deyə bilərəm ki, məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcək".

Bayıldakı sürüşmə zonasında son vəziyyət: "Haqsız tələblər irəli sürürlər"
Bayıldakı sürüşmə zonasında son vəziyyət: "Haqsız tələblər irəli sürürlər"

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR