17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Gürcüstandan gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlandı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "VAZ-21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Emtv.az Dövlət Gömrük Komitəsin-ə istinadən xəbər verir ki, baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.
Baxış zamanı minik maşınının ön oturacaqlarının içərisində və arxa oturacağın altında gizlədilən 3600 ədəd siqaret, habelə ehtiyat təkərin içərisində gizlədilən 11 ədəd "Nemirovskaya" markalı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Abbaszadə
Emtv.az