SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Prezident İlham Əliyev və Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafına böyük qiymət verirlər"-Arif Babayev

2-03-2019, 12:20 | Oxunub: 10 071 |

"Prezident İlham Əliyev və Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafına böyük qiymət verirlər"-Arif Babayev

Prezident İlham Əliyev və Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafına böyük qiymət verirlər.

Emtv.az xəbər verir ki, bunu Xalq artisti, professor Arif Babayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

A.Babayev çıxışında müsabiqələr haqqında danışıb: "Bizim növbəti muğam müsabiqəmiz bu yaxınlarda başlayacaq. Həddindən çox insan zəng edir, soruşur, maraqlanır, deyir ki, mən o müsabiqədə iştirak etmək istəyirəm. Doğrudan da çox böyük bir layihədir. Sağ olsun bu layihəni quran Mehriban xanım. Çünki muğam müsabiqələrinin keçirilməsi bizim sənət adamlarının inkişafına çox böyük təkandır".

Xalq artisti bildirib ki, cavanların araya-ərsəyə gəlməsi, onların püxtələşib xanəndə kimi formalaşması böyük işdir: "Məsələn, bu yaxınlarda Ağdamda möhtəşəm bir bina tikildi. Açılışda cənab Prezident, Mehriban xanım da iştirak etdilər. Yəni, bununla demək istəyirəm ki, çox sağ olun cənab Prezident, Mehriban xanım. Siz milli mədəniyyətimizin inkişafına doğrudan da böyük qiymət verirsiniz. Bu yaxınlarda, - gərək mən deyim bunu, - onurğa sütunumda bir problem var idi, sağ olsun Mehriban xanımın köməyi ilə o problem aradan qaldırıldı. İndi şükür Allaha ki, ayaq üstəyəm. Buna görə də Sizə təşəkkürümü bildirirəm.

Onu demək istəyirəm ki, cənab Prezident, camaatın Sizə çoxlu xeyir-duası, alqışları var. Mən bir sənət adamı kimi, bir ağsaqqal kimi Sizə "Çox sağ olun!" deyirəm. Bu yeni fərmanlar camaatı çox sevindirdi və çox böyük işdir. Mən qulaq asdım, doğrudan da çox sevindim və camaat da sevindi. Bunu alqışlayırlar. Doğrudan da bu, böyük işdir".

A.Babayev qeyd edib ki, uşaqlar musiqi məktəblərində formalaşırlar. Xalq və bəstəkar mahnılarını onlara balaca vaxtlarından öyrətmək lazımdır: "Onların not bilmələri daha yaxşıdır. Bir xanəndə kimi biz bunu görürük. Mən hazırda Milli Konservatoriyada kafedra müdiriyəm. Bizim peşəkar, çox gözəl müəllim yoldaşlarımız var, birgə çalışırıq və yaxşı xanəndələri ortaya çıxarırıq".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR